• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1058
— 16.02.2023 12:02

Gəncədən Türkiyəyə növbəti yardım göndərilib

KepezTV Player

Bu gün səhər saatlarında Gəncədən Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün növbəti yardım karvanı yola salınıb. Yardımlar Tərtər, Mingəçevir, Cəlilabad, Şirvan, Kürdəmir və Goranboyda toplanıb. Türkiyəyə ümumilikdə 9 TIR yola salınıb. Gəncədəki yardım toplama mərkəzindən bu günə qədər zəlzələ bölgəsinə ümumilikdə 45 TIR humanitar yardım göndərilib. Yardımlar şəhər və rayon icra hakimiyyətlərinin və sakinlərinin təşəbbüsü ilə toplanıb.