• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1388
— 16.02.2023 11:49

Ekofəalların aksiyası 67 gündür davam edir

KepezTV Player

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış yeddi gündür davam edir. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları yüksək fəallıq nümayiş etdirirlər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin hərəkət etməsinə hər dəfə şərait yaradılır.