• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1151
— 16.02.2023 11:46

Türkiyədə həlak olanların sayı 35 min 418 nəfərə çatıb

KepezTV Player

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 35 min 418 nəfərə çatıb, 105 min 505 nəfər isə yaralanıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir. 10 əyalətdə indiyədək 47 min binanın dağıldığı, yaxud ciddi şəkildə zərər gördüyü müəyyən edilib. Zəlzələ bölgəsində 300 min mənzilə ehtiyac var. Dağıdıcı təbii fəlakətdən sonra 3 min 170 afterşok qeydə alınıb. Elə ötən gün Malatya şəhərində növbəti dəfə 4,6 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 12,48 km dərinliyində baş verib. Yerli vaxtla saat 9:25-ə qədər Kahramanmaraşda 7 afterşok qeydə alınıb ki, onların da ən böyüyü 4,6 bal gücündə olub. Hazırda zəlzələ bölgəsində 35 min 249 xilasedici olmaqla, 249 mindən çox personal fəaliyyət göstərir, xilasetmə işləri davam edir. Zərər çəkən 200 minədək insan digər vilayətlərə təxliyə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri də qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.