• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1623
— 15.02.2023 12:00

Evə basqın edən maskalı şəxslər tutulublar

KepezTV Player

Ağstafa Rayon Polis Şöbəsinə ötən il dekabrın 18-də şəhər ərazisindəki evlərin birinə girən maskalı 2 nəfərin ev sahibəsini bıçaqla hədələyərək 250 manat pulunu, qızıl üzüyünü və sırğasını quldurluq yolu ilə talamaları barədə daxil olan məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb. Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Pərviz Yolçuyev və Ümid Zeynalov müəyyən olunaraq saxlanılıblar.