• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 820
— 15.02.2023 12:09

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

KepezTV Player

Daşkəsən Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı yük avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Həmin nəqliyyat vasitəsini idarə edən Nemət Süleymanov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Süleymanovun narkotik vasitədən istifadə etdiyi məlum olub. Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.