• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1227
— 14.02.2023 16:36

Baş prokuror iranlı həmkarını səfirliyə hücumu hərtərəfli araşdırmağa çağırıb

KepezTV Player

Baş prokuror Kamran Əliyev ilə İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri arasında telefon danışığı olub. İranın Baş prokuroru ölkəmizin Tehrandakı Səfirliyinin binasında törədilmiş cinayət işinin istintaqının gedişatı ilə bağlı azərbaycanlı həmkarını ətraflı məlumatlandırıb. Kamran Əliyev səfirliyə qarşı törədilmiş terror aktını pisləyərək Azərbaycanın aidiyyəti istintaq qurumunda cinayət işinin istintaqının davam etdiyini həmkarının diqqətinə çatdırıb. Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, bu terror aktının törədilməsinə səbəb və şəraitinin araşdırılmasının zəruriliyini vurğulayıb. Sonda hər iki tərəf bu cinayət işinin nəzarətdə saxlanmasına və qarşılıqlı hüquqi yardım çərçivəsində əməkdaşlıq edilməsinə dair razılıq əldə ediblər.