• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1460
— 14.02.2023 13:06

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar

KepezTV Player

Qəbələ Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindənkeçirilən əməliyyat nəticəsində rayon sakini Ərəstun Osmanlı saxlanılıb. Ondan marixuana və metamfetamin götürülüb. Şəxsin yaşadığı ünvandan da 435 qram marixuana tapılıb. Osmanlının üzərindən aşkarlanan 2 sellofan torbadakı marixuananı 110 manat müqabilində Samit adlı şəxsdən aldığı müəyyən edilib. Əvvəllər məhkum olunmuş Samit Abdurəhmanov da tutulub. Ondan satış məqsədilə üzərində daşıdığı 15 bükümdə, yaşadığı evin həyətyanı sahəsindəki toyuq hinindən isə yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib. Abdurəhmanov saxlanılan zamanı onun sərnişin qismində olduğu “VAZ-2107” markalı avtomobilin sürücüsü Tural Alıyev də şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi nəqliyyat vasitəsindən marixuana maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Faktlarla bağlı cinayət işi başlanılıb.