• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1411
— 14.02.2023 12:58

Yevlaxda oğlu öldürüb atasını yaralamaqda şübhəli bilinən ata və oğlu tutulub

KepezTV Player

Yevlaxda 2003-cü il təvəllüdlü, rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Həmçinin zərərçəkmiş şəxsin atası 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə tibb müəssisəsinə daxil olması müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - 1985-ci il təvəllüdlü Afət Abdullayev və onun oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayev saxlanılaraq istintaqa təhvil veriliblər.