• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 831
— 14.02.2023 12:37

Könüllülərimiz Türkiyədə fəaliyyətini davam etdirirlər

KepezTV Player

Baş vermiş  təbii fəlakətdən zərər çəkən qardaş türk xalqına kömək məqsədi ilə Kahramanmaraşa yollanan Azərbaycan könüllüləri fəal şəkildə çalışırlar. Azərbaycan Gənclər Fondundan məlumat verilib ki, gənclər şəhərin mərkəzində çadır qərargah məntəqəsinin salınmasını başa çatdırıb və paylama mərkəzini qurublar. Bundan əlavə, Azərbaycan könüllüləri şəhərin müxtəlif ərazilərində yerləşən yemək paylama mərkəzlərində yeməklərin çeşidləmə, paketləmə və paylama prosesində fəal iştirak ediblər. Həmçinin yerli əhalinin mobil telefonları üçün enerji təminatına imkan yaradan enerji yükləmə mərkəzində xidmət həyata keçiriblər. Tibb təhsilli könüllülərimiz səyyar aptekdə xidmət göstərib, müvafiq yardımların paylanmasında fəal şəkildə iştirak edib.