• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1936
— 13.02.2023 19:48

Güclü yanğın 3 ailəni evsiz qoyub

KepezTV Player

Gəncədə üç ev və bir tövlə yanıb. Hadisə şəhərin Dubay bazarı adlanan ərazisində qeydə alınıb. Havanın küləkli olması alovun tez bir zamanda yayılmasına şərait yaradıb. Hadisə evlərin birində odun sobasından baş verib. Nəticədə yanğın evlərlə yanaşı tövlə və toyuq hinini də cənginə alıb. Hadisə yerinə gələn 7 yanğınsöndümrə maşını və 27 canlı qüvvə cəlb olunub. Ev sahiblərinin hər biri yanğından xəsarətsiz xilas ola bilib.