• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2580
— 13.02.2023 20:07

Üç rayondan Türkiyəyə yardım

KepezTV Player

Qardaş Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə humanitar yardım aksiyası davam edir. Bu gün Gəncədəki məntəqəyə Daşkəsən, Qax və Bərdə rayonlarından yardımlar gətirilib.
Türkiyədə baş verən zəlzələdə çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Daşkəsən ictimaiyyəti də dəstək nümayiş etdirir. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Türkiyənin Gəncədəki baş konsulluğunda olaraq faciə ilə əlaqədar xatirə kitabına ürək sözlərini yazıb. Baş konsul Recep Öztopa başsağlığı verən icra başçısı rayon ictimaiyyəti tərəfindən qardaş Türkiyədə təbii fəlakətdən zərər çəkən şəxslərə humanitar yardım toplanıldığını diqqətə çatdırılıb. Ölkə üzrə davam edən bu cür humanitar aksiyaların zəlzələdən əziyyət çəkən bölgələrdəki insanlar üçün əhəmiyyətli olduğu diqqətə çatdırılıb. 
Qax sakinləri də humanitar yardım kampaniyasına qoşulublar. Qardaş ölkəyə göndərmək məqsədi ilə Gəncədəki məntəqəyə yataq dəstləri, isti geyimlər, su, konservləşdirilmiş və digər zəruri məhsullar gətirilib. Türkiyəyə göndərilməsi üçün könüllülər tərəfindən çeşidlənib.
Bərdədən göndərilən humanitar yardım İcra Hakimiyyətinin təşkilatçılığı ilə TIR-larla Gəncəyə gətirilib. Qida məhsulları, yataq dəstləri, isti geyimlər, generatorlar, qızdırıcılardan ibarət olan yardım qablaşdırıldıqdan sonra Türkiyəyə yola salınacaq.

Elnur Vahidoğlu