• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1945
— 13.02.2023 16:21

"İtaliya-Azərbaycan əlaqələri strateji məna daşıyır"

KepezTV Player

İtaliya-Azərbaycan əlaqələri strateji məna daşıyır və biz çalışırıq ki, bu strateji tərəfdaşlıq çərçivələrini daha da genişləndirək. Bunu Prezident İlham Əliyev 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib. Dövlət başçısı vurğulayıb ki, güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi.