• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 13.02.2023 12:02

Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşları şəhər ərazisində yağış sularının axıdılması üçün nəzərdə tutulan, kanalizasiya quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Cəfərovu saxlayıblar. Saxlanılan şəxs ifadəsində ümumi dəyəri 1050 manat olan qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.