• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2200
— 13.02.2023 12:06

"Yeni elektrik stansiyası ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək"

KepezTV Player

Bu gün Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasiminə toplaşmışıq. Əminəm ki, 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik. Bu barədə Prezident İlham Əliyev Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib. “Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Yeni elektrik stansiyası Avropanın enerji təhlükəsizliyinə də növbəti töhfə olacaq”, - deyə dövlət başçısı vurğulayıb. "Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub",- deyən Prezident Mingəçevir Elektrik Stansiyasının önəminin İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli olduğunu da qeyd edib. "O vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini, o cümlədən Mingəçevir Elektrik Stansiyasını da uzaqmənzilli raketlərlə atəşə tutmuşdu. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi”, - deyə dövlət başçısı vurğulayıb.