• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1449
— 10.02.2023 12:10

Ailə münaqişələrinin səbəbləri

KepezTV Player

Ailə cəmiyyətin özülüdür. Möhkəm əsaslarla qoyulmuş bu cəmiyyətdə uşaqlar həm güvənli, həm də uğurlu olurlar. Bəzən ailənin hər bir üzvü özünün həyata olan baxışları və özünə xas ideyaları ilə yaşamaq istəyir və həmçinin digər yaxınlarını da məcbur edərək, buna inandırmağa çalışır. Bu, daha çox ərlə-arvad, valideynlə uşaq arasında baş verir. Nəticədə, ailədə münaqişələrə yol açılır. Bəzən isə kənar insanların müdaxiləsi də bir ailənin sakitliyini korlaya bilər.

Münasibətləri pozulmuş cütlüklər arasında baş verən intriqalar həm onların özlərində emosional gərginlik yaradır və eyni zamanda, digər ailə üzvlərinin də əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Ən kiçik problemə kənar bir şəxsin müdaxiləsi, baş verənlərin aradan qalxması əvəzinə getdikcə dərinləşməsinə, hətta boşanmalara qədər gətirib çıxara bilir. Ailədə olan problemlər arasında “qaynana-gəlin” münasibətləri artıq milliləşmiş bir obrazdır. Bunun köklü səbəblərindən biri qısqanclıq və paylaşmazlıq duyğusudur. 

Möhkəm təməlli ailə üçün vacib olan əsas detal cütlüklərin bir-birini anlaması və dinləməsidir. Sağlam ailə, sağlam cəmiyyət deməkdir. Bu cəmiyyəti sağlam etmək də, korlamaq da bizim əlimizdədir. Gəlin cəmiyyətimizi qoruyaq. Korlanmamış cəmiyyətdə yaşamaq diləyilə!