• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 09.02.2023 15:56

Prezident Avropa çempionatının yayımı üçün İTV-yə maliyyə vəsaiti ayırıb

KepezTV Player

Prezident İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İctimai Televiziya və Radio Yayımları Şirkətinə 940 500 avronun manat ekvivalentində vəsait ayrılıb.

Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aleksandr Yakovleviç Şarovski “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.