• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 09.02.2023 12:18

Simamıza uyğun saç boyasını necə seçək?

KepezTV Player

Gözəl görünmək bütün qadınların ən böyük arzusudur. Onlar görünüşlərində dəyişiklik üçün, müxtəlif yollara əl atırlar. Bunlardan ilk ağıla gələni isə, saçların boyanmasıdır. Amma düzgün rəng seçimi hər qadının əziyyət çəkdiyi məqamdır. Ya bəyəndiyimiz saç rəngi alınmır, ya da istədiyimiz rəng simamıza uyğun gəlmir. Əgər, saçlarınızı ilk dəfə boyamaq istəyirsinizsə bu işin mütəxəssisinə müraciət edin. Çünki, doğru seçilməmiş boyadan xilas olmaq uzun müddət ala bilər.

Şəhər sakini: "Mən saçlarımda tez-tez dəyişiklik etməyi sevirəm. Həm formasında, həm də rəngində. Əvvəllər özüm evdə boyamağa çalışırdım, amma bəzən istədiyim rəngi ala bilmirdim və istifadə elədiyim kimyəvi maddələr  saçımın yanmağına səbəb olurdu. Bunların qarşısını almaq üçün evdə saçlarımı boyamamağa çalışıram. Hər zaman işinin mütəxəssisi olan saç ustalarına müraciət edirəm. O, həm saçlarımı sağlam şəkildə boyayır, həm də mənə yaraşan rəngləri seçməyimə kömək edir".

Qadınların problemlərindən biri də yaşlandıqca dərinin əvvəlki kimi qalmamasıdır. Bunun qarşısını almaq üçün çox vaxt pilinqdən istifadə edilir. Pilinq  hər dəri növü üçün uyğun olan prosedurdur. Əgər dəridə problem varsa, o zaman bu prosedura yetkinlik dövründən başlamaq olar. Bunun  nəticəsində dərinin rəngi yaxşılaşır, məsamələr təmizlənir, daralır və dəri nəfəs alır.

Xanımların əziyyət çəkdiyi problemlərdən biri də sellülitdir. Sellülit - dərialtı piy qatında gedən struktur dəyişiklikləri və ya dərinin mexaniki deformasiyasıdır. Həm də dərialtı piy qatı zəif olanlarda da yarana bilər. Sellülitdən yaxa qurtarmaq çətin olsa da, mümkündür. Bunun üçün düzgün qidalanmağa diqqət etməli, yağlı, qızardılmış, şəkərli qidaları və un məmulatlarını minimuma endirilməli, yeməklər kiçik porsiyalarla tez-tez yeyilməlidir.

Gözəllik bütün dünyanı bir ürəyə yerləşdirə biləcək qədər güclü və istedadlı olmaq deməkdir.  Bu gücü düzgün yöndə istifadə edək, qəlbimizdə olan gözəllik hər zaman gülüşlərimizdə ortaya çıxsın.