• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1256
— 08.02.2023 12:08

Yollara qum-duz qarışığı səpilir

KepezTV Player

Dağ rayonu olan Gədəbəydə qarlı-şaxtalı hava şəraiti davam edir. Rayon mərkəzində qarın qalınlığı 10 santimetr, kəndlərdə isə 25-30 santimetrə çatıb. Gecə saatlarından etibarən avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün ağır texnikalar və işçi qüvvələri yollara səfərbər olunub. Hazırda dağ kəndlərini rayon mərkəzi ilə birləşdirən yolda, eləcə də Şəmkir-Gədəbəy yolunda qabaqlayıcı tədbirlər görülür, qum-duz qarışığı səpilir. Gədəbəyin ərazisində elektrik enerjisi və qazla təchizatda fasilələr yaranmayıb.