• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1349
— 07.02.2023 20:14

Yurdlarından didərgin düşənlər böyük qayıdışa hazırlaşır

KepezTV Player

Qərbi Azərbaycanda yaşıyan soydaşlarımız ötən əsrdə düz dörd dəfə öz dədə baba yurdlarından didərgin düşüblər. Hər dəfə də yenidən ellərinə, obalarına qayıdıb, qurub yaradıblar. İndi də onlar ulularının uyuduqları tarixi məkanlarına qayıtmağa hazırlaşır. Çünki ölkə rəhbərinin qətiyyəti buna əminlik yaradıb.

Ötən əsrdə ermənilərin Qərbi Azərbaycanda törətdikləri soyqırım və deportasiya nəticəsində Şəmkir rayonuna ümimilikdə 12 mindən artıq soydaşımız pənah gətirib. Dədə baba yurdlarından didərgin düşənlər erməni zülmündən can qurtarmaq, ağla gəlməz işgəncələrdən qurtulmaq üçün qaçmaq məcburiyyətində qalıblar.

Hazırda Şəmkirin ictimai, siyasi fəaliyyətində aktiv olan həmçinin müxtəlif vəzifələrdə çalışan eləcə də rayonun kənd təsərrüfatının inkişafında əllərindən gələn edən qərbi azərbaycanlıların tək bir arzusu, tək istəyi var. Dədə baba yurdlarına qayıtmaq. Ölkə başçısının verdiyi ümid isə onların sönmüş arzularını alovlandırıb.

İndi onlar Qərbi Azərbaycana qayıdışın bir addımlığındadır. Çünki aparılan və düşünülən siyasət bu yurd həsrətinə son qoymağa aparan yeganə yoldur.

Elnur Vahidoğlu