• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1259
— 07.02.2023 20:02

Vardanyan Qarabağdan qaçıb

KepezTV Player

Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyarder Ruben Vardanyan Moskvaya qaçıb. Vardanyan Rusiya paytaxtına adi qaydada getməyib, o, gizlənərək aradan çıxıb. Vardanyan çox güman ki, hansısa sülhməramlı maşının yük yerində, bəlkə də çirkli paltarların içində yoldan keçib. Beləliklə, “Vardanyan layihəsi”ni rəsmi olaraq uğursuz hesab etmək olar. Bütün bunlar ilk növbədə Azərbaycan xalqının, şəxsən Ali Baş Komandanın dəmir iradəsi sayəsində reallaşdı. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin iradəsinin növbəti təzahürü kimi qəbul olunmalıdı. Əgər kimsə bir daha Vardanyanın, yaxud Vardanyan funksiyalı marioentin Qarabağa göndərilməsinə cəhd etsə, Azərbaycan dövlətinin qəti, prinsipial mövqeyi ilə üz-üzə qalacaq.