• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1213
— 07.02.2023 20:19

Zəlzələdə sonra 22 yaşlı tələbədən xəbər yoxdur

KepezTV Player

“Şəhərdəyəm, bir azdan evə gedəcəm, yemək bişirib otaq yoldaşlarımızla şam edəcəyik. Məndən narahat olmayın hər şey yaxşdır. Gecəniz xeyrə qalsın." Bu sözləri Türkiyədə təhsil alan Gəncədən olan tələbə Şahin Vəliyev zəlzələ baş verməmişdən bir neçə saat öncə anası ilə danışanda deyib. Zəlzələdən sonra isə ailəsi onunla əlaqə yarada bilmir. Əməkdaşımız Elnur Vahidoğlu Şahin Vəliyevin ailəsində anası ilə həmsöhbət olub. Videomaterialı gətirək ekranlara...

İndi 10 yaşlı Zəhra kimi onun anası anası, eləcə də qohum əqrabanın tək arzusu budur. Malatyanın İnönü Unversitetində İdman meneceri ixtisasının üçüncü kurs tələbəsi olan Şahin Vəliyevdən 2 gündür xəbər yoxdur.

Bu gün dağıntılar altından itkin düşən 4 tələbənin sağ olaraq çıxarılması barədə xəbər yayılsa da Esmira Hüseyinova hələ ki, oğlu ilə əlaqə saxlamağın mümkünsüzlüyünü bildirir. 9 ildir N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu olan ana Türkiyəyə getmək üçün icazə istiyir.

Şahin Vəliyev 2001-ci ildə Gəncədə anadan olub. 1 bacının qardaşı olan Şahin uşaqlıqdan idmana böyük həvəs göstərib. 28 nömrəli orta məktəbini bitirdikdən sonra həvəsi onu Türkiyədə ali təhsil almağa istiqamətləndirib. Bu gün heç vaxt olmadığı kimi ailəsi 3 ildir qardaş olkədə olan Şahinin səsini eşitməyə ümid edir. 

Elnur Vahidoğlu