• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2013
— 07.02.2023 16:01

Baş konsul şəhər sakinlərinin başsağlığını qəbul edir

KepezTV Player

Gəncədə qardaş Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılır. Türkiyənin Baş konsulluğunun binasının qarşısında xatirə guşə yaradılıb. İctimaiyyət nümayəndələri, ziyalılar, şəhər sakinləri, rəsmi şəxslər Baş Konsul Recep Öztopa başsağlığı verirlər. Zəlzələ nəticəsində həlak olanlara rəhmət, yaralılara şəfa dilənir. Eləcə də konsulluqda zəlzələ qurbanlarının xatirəsinə xatirə kitabı qoyulub. Anım mərasiminin iştirakçıları qardaş Türkiyəyə başsağlığı diliklərini, ürək sözlərini kitabda qeyd edirlər. Matəmlə əlaqədar olaraq Türkiyənin Gəncədəki Baş konsulluğunun binasının üzərindəki bayraq yarıya qədər endirilib.

Gəncə, eləcə də qərb bölgəsinin digər şəhər və rayonlarında yaşayan Türkiyə vətəndaşları zəlzələ baş verən bölgələrdə yaşayan qohumları və yaxınları ilə əlaqədar məlumat almaq məqsədilə Türkiyənin Gəncədəki Baş konsulluğuna müraciət edə bilərlər. Zəlzələdən əziyyət çəkənlərə yardım göndərmək istəyənlərə konsulluq tərəfindən imkan yaradılacaq.