• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1325
— 06.02.2023 20:28

FHN-in xilasediciləri qardaş ölkəyə çatıblar

KepezTV Player

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb. Nazirliyin əməkdaşları axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi Kahramanmaraş şəhərinə doğru hərəkət ediblər.FHN-in növbəti qrupunun isə tez bir zamanda Adana şəhərinə çatması gözlənilir. Axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.