• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 06.02.2023 20:36

Rayon sakinlərində narkotik aşkarlanıb

KepezTV Player

Samux rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri ayrı-ayrı əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Səbuhi Quliyev, Emin İbrahimov, Hacı Həsənov və Əfsun Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman marixuana, metamfetamin və tiryək aşkar edilərək götürülüb. Maddi sübutlar ekspertizaya təqdim olunub. Faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.