• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1056
— 06.02.2023 11:27

Ekoloji etiraz aksiyası 57 gündür davam edir

KepezTV Player

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 57 gündür davam edir. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!” kimi şüarlar səsləndirirlər. Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. Minik avtomobilləri Xankəndidən Laçın istiqamətinə keçid edib.

Gün başlayandan indiyədək yolda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı isə 26-a çatıb.Bu, bir daha göstərir ki, yol humanitar məqsədli maşınların keçidi üçün açıqdır.