• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1669
— 06.02.2023 10:37

Türkiyədə güclü zəlzələ olub

KepezTV Player

Türkiyədə Kahramanmaraş şəhərində 7.4 gücündə zəlzələ olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 5:17-də qeydə alınıb. Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub. Qaziantep şəhərində Bakı vaxtı ilə saat 05:26-da 6.4 maqnitudalı afterşok qeydə alınıb. Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb. Yeraltı təkanlar daha sonra yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Trabzon, Şanlıurfada hiss olunub.Son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb, 2323 nəfər yaralanıb. Binalar uçub. Zəlzələ nəticəsində Qaziantep şəhərində yerləşən 6 min illik tarixi qala da dağılıb. Baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə məktəblərində bir həftəlik tətil elan edilib.

Daxili işlər naziri Süleyman Soylu Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələdən sonra ən yüksək həyacan səviyyəsi elan edildiyini açıqlayıb.