• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 05.02.2023 18:57

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə qardaşlar sərxoş olan ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıb. Onların hər ikisi əlindən bıçaq xəsarətləri alıb. Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.