• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 05.02.2023 19:12

Nadir foto və sənədləri toplayan araşdırmaçı

KepezTV Player

Tarixən qədim Gəncəyə olan sevgini hər kəs bir cür nümayiş etdirib. Kimisi Gəncənin tarixi barədə əsərlər yazıb, kimisi mahnılar bəstələyib, kimisi də burada gördüyü xeyirxah işləri ilə dillər əzbəri olub. İndi təqdim edəcəyimiz materialda isə əslən Gəncədən olan araşdırmaçının milli-mənəvi sərvətimiz olan kökümüzün, soyumuzun  itməməsi  və gələcək nəsillərə çatdırılması üçün qədim Gəncə ilə bağlı nadir fotoları, sənədləri eləcə də, eksponatları toplayaraq yığmasından danışacağıq.
Araşdırmaçı Elçin Əsgərov hələ orta məktəbdə oxuyarkən Gəncəyə aid tarixi fotoları, sənədləri eləcə də digər ekspanatları toplamağa başlayır. Buna həvəs onun ulu baba və nənəsinin Gəncə bəylərinə məxsus Mayılağalılar nəsildən olmasıdır. Elçini tanıyanlar, qohum-əqrəba da ona bu işdə köməklik edir. O, topladığı nadir eksponatların sayını və əhatə dairəsini daha da genişləndirir. Gəncədə yaşayıb burada ömür sürən digər bəylər, soylar, ictimai xadimlərə aid eksponatları da toplamağa başlayır.
Bundan başqa, araşdırmaçı Gəncənin qədim bazar yeri, məhəllələri, məscidləri, tarixi yerlərini özündə əks etdirən, heç bir yerdə olmayan fotoları da var. Bunların bəziləri xarici ölkələrin arxivlərindən əldə edilib ki, bu da elə də asan deyil.
Bəzi tarixi eksponatlar 19-cu əsrin əvvələrindən 20-ci əsrin reprasiya dövrünə kimi olan illəri əhatə edir. Bu sənədlərin itib-batmaması üçün araşdırmaçı təxminən 100-ə yaxın sənədi və fotonu arxiv idarəsinə təqdim edib.
Araşdırmaçının fondunda Gəncəbasara aid 500 qədimi sənəd və 400-ə yaxın natir foto toplanıb. Elçin Əsgərov yığdığı bu ekspanatlardan ibarət kitabın üzərində işləyir. Məqsədi isə Gəncənin zəngin tarixi haqqında yazıb, gələcək nəsillərə ötürməkdir. 

Elnur Vahidoğlu