• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2160
— 04.02.2023 12:03

Minik və yük avtomobilləri toqquşub, xəsarət alan var

KepezTV Player

Samuxda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ "markalı minik maşını yük avtomobili ilə toqquşub. Qəza zamanı 1993-cü il təvəllüdlü Seymur Salmanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin蕀" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" və "Kia" markalı iki minik avtomobili toqquşub. Belə ki, Bakı sakini, 1981-ci il təvəllüdlü Eynullayeva Gülnarə Rasim qızının idarə etdiyi avtomobil yolayrıcı səddini aşaraq əks istiqamətdə hərəkətdə olan paytaxt sakini, 1990-cı il təvəllüdlü Qurbanov Səid Elmar oğlunun idarə etdiyi maşına çırpılıb. Nəticədə Səid Qurbanov hadisə yerində ölüb, Gülnarə Eynullayeva və sərnişinləri - 2000-ci il təvəllüdlü Bağırov Nicat Arzu oğlu və 1981-ci il təvəllüdlü Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Həyata keçirilən tədbirlər nəticəsində Qurbanovun meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.