• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2200
— 03.02.2023 19:05

İcbari sığortada yeniliklər nədən ibarətdir?

KepezTV Player

İlin əvvəlindən avtomobillərin icbari sığortasına başlanılıb. Edilən bəzi dəyişikliklərlə, prosesdə bəzi yeniliklər var. Qarşıdakı sujetdə daha ətraflı.
Ötən ilin noyabrında sığorta haqqında qanuna edilən dəyişiklərə əsasən qiymətlər əmsallara görə tənzimlənir. Əvvəllər mühərrikin həcminə görə və yaxud da şəxsiyyət vəsiqəsinin pin kodu ilə qiymət müəyyənləşirdisə, artıq avtomobilin istehsal tarixi, il ərzində qəza törədib törətməməsi, avtomobilin hansı regiona aid olması qiymətdə nəzərə alınır. Həmçinin, avtomobilin bir neçə nəfərə etibarnamə ilə verilməsi, sürücünün təcrübəsinin az olması da qiymətə təsir göstərir.
Qəza törədildikdə hadisə yerində hüquq-mühafizə orqanın iştirakı vacibdir. Hadisəni yol polisi qeydə alırsa avtomobilləri kənara çəkib sığortanın əməkdaşını gözləmək olar. Çünki, yol polisi elektron qaydada hadisə ilə bağlı sənədləri sığorta şirkətinə göndərir. 7 iş günü ərzində isə zərərçəkən sığorta şirkətindən dəyən zərərin məbləğini ala bilər.

Elnur Vahidoğlu