• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1052
— 03.02.2023 19:48

Tikinti bazarında qiymətə təsir edən durğunluq

KepezTV Player

Qarşıdakı materialımızda inşaat bazarında olan vəziyyətdən danışacağıq. Qış aylarında təmir-tikinti işləri ilə məşğul olanların sayının azalması bazarda durğunluq yaratmaqla qiymətlərə də öz təsirini göstərib.
İnşaat materiallarının satışı ilə məşğul olanlar qiymətlərin ötən aylar və hətta keçən ilin indiki dövrü ilə müqayisədə ucuzlaşdığını deyir. Amma bu, özünü alıcı sarıdan göstərmir. Hətta qiymətlər yüksək olanda tikinti materialları alanların sayı indikindən çox olub.
Qiymətə təsir edən əsas amillərdən biri qış fəslində hava şəraiti ilə əlaqədar tikinti sektorunda işlərin zəifləməsidir. Bu da tikinti materiallarına tələbatı azaldır. Qiymətlərin enməsinə səbəb də budur. Bu fürsəti yaxşı dəyərləndirən alıcılar isə məhz bu günlərdə bazara üz tuturlar.
İqtisadçı ekspert Məsim Abadov deyir ki, tikinti materialları bazarında ötən illə müqayisədə bu il ortalama 5-10 faiz arası enmə müşahidə olunur.

Məsim Abadov- iqtisadçı: "Builki durğunluq, keçən ilə baxanda bir az çoxdur. Fasilə də çoxdur, tikintinin tempi də aşağı düşüb. Bunda da subyektiv, obyektiv səbəblər var. Ən böyük, əsas səbəb Rusiya-Ukranya arasında olan müharibədir. Çünki Azərbaycana pul gələn ölkələrdən ən böyüyü, ən önəmlisi Rusiyadır. Azərbaycan Rusiyadan asılılığını qismən azaltmaq üçün artıq keçən ildən böyük bir taxta emalı zavodunu işə salıb ki, onun hesabına qiymət aşağı düşüb. Düzdür, zavod tam Azərbaycanı təmin eləməsə də, ümumiyyətlə xammal asılılığından müəyyən qədər azad edib".
İrəliləyən günlərdə havaların isinməsi ilə təmir-tikinti işlərinin sürələnməsi gözlənilir ki, bu da bazarlarda qiymətlərlə təsir edə bilər.