• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1163
— 03.02.2023 20:15

Zəlzələdə evləri dağılan azərbaycanlılar taleyin ümidinə buraxılıblar

KepezTV Player

Molla rejimi cənubi azərbaycanlılara zülm edir. Yanvarın 28-i Xoy əyalətində baş verən zəlzələdən sonra evləri dağılan soydaşlarımız köməksiz qalıb. Onlar küçələrdə gecələməyə məcburdurlar. Havaların soyuq keçməsi, İran hakimiyyətinin cənublu həmvətənlərimizə kənardan yardım təkliflərini rədd etməsi onların vəziyyətini daha da çətinləşdirir. İnsanlar molla rejiminin onları aldatdığını deyirlər. “Birinci zəlzələdə siyahıya aldılar, amma heç nə etmədilər, indi də adları çağırırlar, imza atdırırlar, yenə heç nə vermirlər”, - deyə sakinlər qeyd edirlər.
Öz vətəndaşlarının köməyə möhtac qaldığı bir vaxtda İran terror qruplarını maliyyəlləşdirməklə məşğuldur. Hətta bir neçə gün əvvəl İrana məxsus silahla dolu 25 yük maşını İraq-Suriya sərhəddində vurulub.
Ceyhun Məmmədov- Milli Məclisin üzvü: “Həm Türkiyə, həm Azərbaycan İrana yardım etmək istədi, ancaq İran bunu qəbul etmədi. Bu, özü də İranın növbəti riyakarlığının bir göstəricisidir. Yəni təklif etdik ki, əgər sizin imkanınız yoxdursa biz ordakı vətəndaşlara dəstək göstərə bilərik. Və burda narahatedici məqam odur ki, bu gün dünya birliyi beynəlxalq təşkilatlar da bu məsələyə seyirici mövqeyindən yanaşırlar.

Məsələ ilə bağlı Cənubi Azərbaycanın insan haqqlarının müdafiəsi təşkilatları hərəkətə keçib. Onlar beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar. Cənubi azərbaycanlı fəal Babək Şahid deyir ki, İran bu addımları ilə sonunu yaxınlaşdırır. Proses indiki kimi davam etsə azərbaycanlıların İranı bürüyən etiraz dalğası,sonda Güney Azərbaycanın molla rejimindən qopması ilə nəticələnə bilər.

Babək Şahid- Güneyli fəal: “Necə ki, onlar dildə deyirlər ki, bizim qardaşlığımız sona əribdi və əməldə bunu əməllərinə yansıdıblar, Güney Azərbaycan da bunu deməlidir ki, madəm durum belədirsə, artıq bizim yollarımız ayrılıbdır. Sən öz yoluna, mən də öz yoluma. Bizim artıq qardaşlığımız və bir arada yaşama imkanımız, sənin mənə etdiyin zülmlər, sənin mənə göstərdiyin basqılar səbəbilə imkanı qalmayıbdır və biz yollarımızı ayırmalıyıq”.

Sonuncu hadisə Xoyda baş verən 4-cü zəlzələdir. Əvvəlki yeraltı təkanların zərərləri də tam aradan qaldırılmayıb. Cənubi azərbaycanlılar deyirlər ki, əraziyə məsul olan şəxs nəzərdə tutulan vəsaitin başqa istiqamətə xərcləndiyini bildirir. Əlbəttə, bu dırnaqarası başqa istiqamətin hara olduğu da hər kəsə məlumdur...