• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2001
— 03.02.2023 11:57

PUA kursunu bitirənlərə sertifikatlar təqdim olunub

KepezTV Player

"Pilotsuz uçuş aparatlarının operator-pilot və texnik kursu"nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub. Tədbirdə çıxış edənlər PUA-nın İkinci Qarabağ müharibəsində effektiv tətbiqindən danışıblar, kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Kurs zamanı dinləyicilərə PUA-nın sökülüb-yığılması, praktiki uçuşların icrası, həmçinin uçuş və kəşfiyyatın aparılmasının növləri üzrə məşğələlər keçirilib. Bununla yanaşı, hərbi qulluqçular müxtəlif ərazi relyeflərində hava kəşfiyyatı apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə nəzəri və praktiki vərdişləri mənimsəyiblər. Dərslər Vətən müharibəsi və son döyüş əməliyyatlarında qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilib.