• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1248
— 03.02.2023 11:20

Onkoloji xəstəliklər

KepezTV Player

Xərçəng - bu xəstəliyin adı belə insanlarda qorxu yaradır. 21-ci əsrin bəlası sayılan bu xəstəliyin müalicə metodunu tapmaq üçün alimlər heyvanlar üzərində bir çox araşdırmalar aparırlar. Xəstəliyin yaranma səbəbləri tam məlum olmasa da, iki qrup risk faktoru var. Bunlardan biri genetikdir, digəri isə ekoloji “asanlaşdırıcı” amillərdir. Ətraf mühit səbəbi ilə xəstəliyin yaranma faktorlarına siqaret və spirt istifadəsi, sıx günəş işığına, radiasiya və ya yüksək dozada rentgen şüalarına, bəzi kimyəvi maddələrə məruz qalma, pis yemək vərdişləri və havanın çirklənməsi amillərini daxil etmək olar. Bunlarla yanaşı, hamiləlik zamanı dölün ana bətnində rast gəlinən faktorları da xərçəng xəstəliyinin yaranma səbəbi kimi qəbul edilir. Bu xəstəlik orqanizmdə o qədər gizli şəkildə yaranıb, yayılır ki, artıq ondan xəbər tutanda bəzi xəstələrin sağalmaq ümidi qalmaması ilə qarşılaşırıq.

Xəstəliyin simptomları xərçəngin növündən asılı olaraq çox dəyişir. Ən çox müşahidə olunan əlamətlərini isə aşağıdakı kimi sıralamaq olar. 

Səbəbsiz yerə və qısa zaman ərzində çəki itkisi, gecə tərləmələri və dəri dəyişiklikləri, nəfəs darlığı və davamlı quru öskürək, bədənin hər hansı bir hissəsində ağrı, qidanı udmaqda çətinlik və qarın boşluğunda şişkinlik hissi və s. Xəstəliyin vaxtında aşkarlanması effektiv müalicə üçün çox vacibdir. Həkimlər xərçəngin növünü və diaqnoz mərhələsini müəyyənləşdirdikdən sonra, xəstənin ümumi sağlamlığına görə müalicə tətbiq edirlər.

Təssüflər olsun ki, xəstəlik gələnə qədər sağlamlıq qiymətləndirilmir. Sağalmağın şərtlərindən biri sağalmaq istəməkdir. Müalicə olunmaq istəyi artıq sağalmanın başlanğıcıdır.

Günay Əsgərova