• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1576
— 02.02.2023 18:49

Özünüməşğulluq proqramından yararlananlar

KepezTV Player

2023-cü ilin sosial hədəflərindən biri də özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində irəliləyişə nail olmaqdır. Proqrama cəlb olunacaq şəxslərin sayının ötən illərə nisbətən artırılaraq 17 100-ə çatdırılması nəzərdə tutulur.

Gəncə-Daşkəsən Regional Məşğulluq filialı üzrə 2022-ci ildə 5187 şəxs, Gəncə şəhəri üzrə isə 2519 şəxs işlə təmin olunub. Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı isə 1177 nəfərdir. Onların öz bizneslərini qurmalarına dəstək göstərilib.

Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkünlərə, ünvanlı sosial yardım alan ailələrin üzvlərinə, qadınlara üstünlük verilir. Proses növbəlilik əsasında həyata keçirilir.

İdarəyə müraciət edən şəxslər, müxtəlif peşə kurslarına da göndərilir, peşəsinə uyğun işlərlə təmin olunanlar da az deyil.

Özünəməşğulluq proqramına cəlb olunub, müxtəlif aktivlərlə təmin olunan şəxslər, həmin mal və ya avadanlıqları sata, üçüncü şəxsin istifadəsinə verə bilməzlər. 

Nərgiz Əhmədqızı