• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 02.02.2023 18:53

Region gəncləri uğur hekayələri barədə danışıblar

KepezTV Player

Şəxsi inkişaf, karyera planlaması, peşə bacarıqlarının artırılması və informasiya-kommunikasiya texnologiyalarının surətli inkişafında gənclərin fəallığı. Gəncədə keçirilən Regional Gənclər Konfransında gəncləri maraqlandıran yeniliklər, layihə və proqramlar, yerli və beynəlxalq tədbirlər haqqında, sosial şəbəkələrə çıxış imkanları ərtafında müzakirələr aparılıb. Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirdə gənclərin inkişaf və tərəqqisinə dəstək, onların bilik və bacarıqlarının dəyərləndirilməsi, məşğulluq imkanlarının artırılması kimi məsələlərə toxunulub. Ölkədə uğur qazanan region gəncləri təcrübələrini bölüşərək yerli və beynəlxalq layihələrdə iştirak, təlimlərdə imkanlarını artırmaq yolları barədə geniş danışıblar.