• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1242
— 02.02.2023 18:55

Gənclər günü ilə bağlı tədbir keçirilib

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər Günü”nə həsr olunan tədbir gerçəkləşib. Tədbirdə ötən il gənclərlə iş və idman sahəsində həyata keçirilən layihələrdən söz açılıb, əldə olunan uğurlardan danışılıb. Gənclərə göstərilən diqqət və qayğının özünü beynəlxalq arenalarda biruzə verdiyinə diqqət çəkilib. Gəncənin ictimai həyatında fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə bir qrup gəncə fəxri fərman təqdim olunub.