• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1799
— 02.02.2023 15:16

Mebel mağazasındakı yanğınla bağlı cinayət işi başlanıb

KepezTV Player

Gəncədə mebel mağazasının qəsdən yandırılması ilə bağlı cinayət işi qaldırılıb. Gəncə şəhər Baş Polis İdarəsində başlanan cinayət işi üzrə mağazanı yandırmaqda şübhəli bilinən şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində müvafiq işlər aparılır. Yanğın hadisəsi fevralın 1-də olub. Hadisə nəticəsində vətəndaşa məxsus mağaza 2000 m² sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.