• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 778
— 02.02.2023 09:38

Şəmkirdə qadın yanaraq ölüb

KepezTV Player

Şəmkirin Mahmudlu kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 72 yaşlı Gültəkin Məmmədova yaşadığı evdə qaz sobasının üzərinə yıxılıb. Nəticədə o, yanaraq ölüb. Hadisə vaxtı yaşlı qadın evdə tək olub. Qadının meyiti tibbi ekspertizaya aparılıb. Onun gözdən əlil və ruhi xəstə olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, araşdırmalara başlanılıb.