• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1681
— 01.02.2023 18:50

Azərbaycan Ordusu gənclərinin forumu keçirilib

KepezTV Player

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Horadiz şəhərində “Heydər Əliyev ideyalarına sadiqik!” devizi altında Azərbaycan Ordusu gənclərinin forumu keçirilib. Forumda Müdafiə Nazirliyinin rəsmiləri, Füzuli rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, digər hərbi strukturlardan seçilən ordu gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Rəsmi qonaqlar Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlayıblar. Ordumuzda döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasını təmin edən vəzifələrdə xidmət edənlərin 70 faizindən çoxu gənclərdir. Böyük qüvvə olan ordu gəncləri peşəkardırlar, döyüş və mənəvi-psixoloji hazırlıqları, vətənpərvərlik hissləri çox yüksəkdir. Onlar Zəfər tariximiz olan İkinci Qarabağ müharibəsində əsl qəhrəmanlıq, şücaət nümunələri göstəriblər. Respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, tarixi torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş əməliyyatlarında düşmənin canlı qüvvəsi və döyüş texnikalarının məhv edilməsində fədakarlıq, rəşadət nümayiş etdirərək vəzifə borclarını ləyaqətlə və vicdanla yerinə yetiriblər.