• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1454
— 01.02.2023 16:19

Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub

KepezTV Player

Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında qeyd olunub ki, yolboyu torpaq işləri, yol yatağı və yol əsasının, yolun 4,2 kilometrlik hissəsində dördbucaqlı su keçidi inşa edilib. Bundan başqa yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 suötürücü boru quraşdırılıb. Yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Sonda yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri icra olunub.