• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2522
— 28.01.2023 20:03

Avropa arıçılığı üsulları öyrənilir

KepezTV Player

Arı xəstəlikləri, arıxanaların düzgün idarə olunmaması, qadağan olunan dərman peraparatlarından istifadə bu gün ölkəmizdə arıçılığın inkişafına təsir edən əsas amillərdir. Nəticənin ürəkaçan olması üçün Avropa arıçılığının tətbiq üsulları vacibdir. Göygöldə 11-ə yaxın bölgənin arıçılarının iştirak etdiyi seminarda Litvadan olan mütəxəsis inkişaf yollarından danışıb.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda keçilən seminarda Litvadan dəvət edilən arıçı mütəxəssis az xərclə böyük və yüksək keyfiyyətli məhsul əldə etməyin yollarından danışıb. Eləcə də arılara düzgün qulluq qaydaları izah edilib. Arı pətəklərinə baxış aparılarkən ailənin gücü, ana arının varlığı və səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyətinin yoxlanılması açılanıb. Sadalanan bu faktlar avropada arıçılığın inkişafına təkan verən amillərdir.

Hazırda ölkəmizdə 500 minə yaxın arı ailəsi var. Arıçılığın inkişafı ilə bağlı arı ailələrinin sayı 600 minə çatdırılmalıdır. Bu işdə əsas vəzifə arıçı alim və mütəxəsislərin üzərinə düşür. Bunun üçün mütəxəssislər yerlərdə arıçılara seminarlar keçirəcək.

Arıçılara dövlət tərəfindən hər arı ailəsinə görə 10 manat subsidaya verilir. Bundan başqa arıçıların istehsal etdikləri məhsulların ölkədə satışı da təşkil edilir. Seminarda arıçıları maraqlandıran suallar cavablandırılıb. Mövzu ətrafında diskusiyalar aparılıb.

Elnur Vahidoğlu