• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 28.01.2023 11:58

Azərbaycan İsrailə başsağlığı verib

KepezTV Player

Azərbaycanın Xarici İşlər Nazirliyi İsrailə bu ölkədə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib. “Yerusəlimin Neve Yaakov məhəlləsindəki Sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - deyə Azərbaycanın xarici siyasət idarəsinin paylaşımında qeyd edilib. Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs güllələnib. Hücum terror aktı kimi qiymətləndirilir.