• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 28.01.2023 11:17

Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub

KepezTV Player

Azərbaycana səfərə gələn Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev Misir Prezidentini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Misir Prezidentinə raport verdi. Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan əsgərlərini salamladı. Prezident İlham Əliyev və Prezident Əbdülfəttah Əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Misir Ərəb Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyəti Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.