KepezTV Player
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində qanunsuz balıq ovu ilə məşğul olan Poylu qəsəbə sakinləri Rəşad Qurbanov və Katib Hüseynov saxlanılıblar. Yoxlama zamanı onlardan rezin qayıq, 2 ədəd avar, “domça” adlandırılan balıqovlama vasitəsi, elektrik cərəyanını artıran cihaz, akkumlyator, ovladıqları balıq və digər əşyalar götürülərək polis əməkdaşları tərəfindən protokollaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 556