• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 24.01.2023 20:20

Əyalət klublarının duelində sülh

KepezTV Player

Qış fasiləsində Antalyada təlim-məşq toplanış keçən hər iki komandanın duelində ilk dəqiqələrdən qonaqlar rəqibi təzyiq altında saxlayaraq hesabı açmaq istəyiblər. 2-ci dəqiqədə qırmızı qaraların oyunçusu Omar Haninin qapıya düşməyə yaxın olsa da, onun zərbəsindən dəqiqlik çatmayıb. Tədricən özünə gələn penalti qazanıb. Cərimə meydançasında Abdullahi Şuaybuya qarşı edilən kobudluqdan sonra VAR-a müraciət edən hakim ağ nöqtəni göstərib. 18-ci dəqiqədə topun arxasına keçən Ahmed Ayzaya isə öz növbəsində şansını boşa verməyərək komandasını önə keçirib. Sarı-göylər fasiləyədək daha bir onbirmetrlik cərimə zərbəsi vurmaq imkanı əldə ediblər. Bu dəfə komandanın yeni transferi Junior Martins özünə qarşı edilən kobudluqdan sonra təyin edilən penaltini qola çevirərək fərqi iki topa yüksəldib. İkinci yarıda oyunun axarı tamamilə fərqli məcrada keçib. Bir neçə dəyişiklik edən Qəbələ qolların əvəzini çıxmaq üçün gəncəlilərin qapısına yüklənib. Qonaqlar 63-cü dəqiqədə hesabı 2:1 ediblər. Sol cinahdan qapı önünə göndərilən asma zamanı müdafiədən önə çıxan Ruan Renato ikinci mərtəbədə hamını qabaqlayan yumşaq mərmini başıyla çərçivədən keçirib. 79-cu dəqiqədə oyunda status kvo bərpa olunub. Ülvi İsgəndərov fərqlənərək hesabı bərabərləşdirib. Sona doğru Elmar Baxşıyevin yetirmələri qələbə topunu da vurmaq istəsələr də, “Kəpəz” qapıçısı buna mane olub. Yekunda komandalar meydandan 2:2 hesablı sülhlə ayrılıblar.