• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 17.01.2023 11:17

Autizm

KepezTV Player

Autizm - erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Əsasən əlamətləri  iki yaşdan etibarən özünü göstərməyə başlayır. Son bir neçə ildə kifayət qədər geniş yayılmış  bir haldır . Hal-hazırda autizmin yaranmasının  dəqiq səbəbləri məlum deyil. Lakin mütəxəssislər belə hesab edirlər ki, autizmin yaranması həm genetik, həm də hamiləlik zamanı baş verən narahatlıqlar, eləce də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər.

Ümumiyyətlə, autizmli uşaqların oturma və yerimə kimi fiziki bacarıqların inkişafında, boy və çəki artımında heç bir problem yoxdur. Belə ki, uşağa autizm diaqnozunun qoyulması üçün ilk öncə  sosial qarşılıqlı əlaqədə qeyri-adekvatlıq, ünsiyyət  pozğunluğu , təsəvvürlü və ya simvolik oyun kimi simptomların onda müşahidə  edilməsi  vacibdir. Autizmin müalicəsi həm psixoloji, həm də fiziki cəhətdən uzun, çətin və mürəkkəb bir prosesdir. Valideynlər bu uzun prosesə hazırlıqlı olmalı , ən əsasıda  psixoluq konsultasiyasına  müraciət etmələri zəruridir. Çünki uşaq autizmini müalicə etmək üçün dərmanlar faydasızdır