• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1315
— 23.01.2023 19:58

Quşçuluqda məhsuldarlığın yüksəldilməsi hədəflənib

KepezTV Player

Ev quşlarından az yem sərf edərək yüksək məhsul əldə edilməsi istiqamətində Heyvandarlıq Elmi-Tətqiqat İnstitutunda təcrübələr aparılır. Ətlik və yumurtalıq üzrə sınaqlar müsbət nəticə verərsə məhsuldarlığın artımına nail olunacaq.
Heyvandarlıq Elmi-Tətqiqat İnstitutunun quşçuluq laboratoriyasında "Lider 55"  cinsi üzərində təcrübələrə başlanılıb. Ətlik və yumurtalıq istiqamətli olacaq bu növ 2000 -ə yaxın cücə üzərində sınaqdan keçirilir. İlkin nəticə müsbətdir - diri çəkidə quşlar 1 kq 200 qrama çatıb. Ev quşlarının ətraf mühitə adaptasiyası, xəstəliklərə qarşı dözümlülüyü də qənaətbəxşdir. Məqsəd bölgədə daha məhsuldar quşçuluq təsərrüfatlarını yaratmaqda fermerlərə dəskət olmaqdır. 
Cinsin alınmasına 5 il, hibridin alınmasına isə 2-3 il vaxt lazımdır. Əldə ediləcək nəticə yerli istehsal hesabına quş əti və yumurtaya olan tələbatın tam ödənilməsinə nail olmaqıdr.
Hazırda ölkənin fərdi və iri təsərrüfatlarında 32 milyondan çox ev quşu saxlanılır.  

Elnur Vahidoğlu