• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 23.01.2023 13:59

Əməkdar artist dəfn olunub

KepezTV Player

Ötən gün dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilib. Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər. Hər kəsin “Toppuş bacı” kimi tanıdığı sənətçi uzun sürən ağır xəstəlikdən sonra ömrünün 49-cu ilində vəfat edib. Gəncədə anadan olan Tünzalə Əliyeva ali təhsilini başa vurduqdan sonra özəl teatrlarda çalışıb, Kəpəz TV-də, Kukla və Dram Teatrlarında fəaliyyət göstərib. İrəvan Dövlət Azərbaycan Dram Teatrında da işləyib. Fəaliyyətini bir sıra televiziya verilişlərinin aparıcısı kimi davam etdirib. Tünzalə Əliyevanın cənazəsi "Qurd qapısı" qəbiristanlığına dəfn olunub.