• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 23.01.2023 13:57

DİM bakalavrlara müraciət edib

KepezTV Player

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Yanvarın 29-da keçiriləcək sınaq imtahanına “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün elektron hökümət platforması üzərindən əldə edə bilərlər. Dövlət İmtahan Mərkəzininin məlumatına görə, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Əks halda imtahana buraxılmayacaqlar.